“Dünyanın təhsil mənzərəsi”

“Dünyanın təhsil mənzərəsi” Dünyanın populyar elm və təhsil jurnalları

Dünyanın aparıcı elmi jurnallarının fəaliyyətinə nəzər yetirdikdə, diqqətimi ən mühüm məqam kimi bu jurnallarda nəşr olunan elmi məqalələrin aktuallığı cəlb edir. Onlar sanki bir-biriləri ilə sağlam rəqabətə qoşularaq ən yeni texnologiyalar, dünya elmində baş verən yeniliklər, kəşflər, dünyanın aparıcı alimlərinin fundamental elmi əsərlərini dərc etməklə, hər yeni nömrədə oxucunun görüşünə yeni ideyalar, yeni fikirlər, yeni nöqteyi nəzərlərlə gəlirlər. Bu jurnallar yalnız bir çap məhsulu olaraq özlərinin deyil, ümumiyyətlə dünyada elmin inkişafına, elmi əlaqələrin genişlənməsinə, elmi yeniliklərin qlobal miqyasda tanınmasına, elmə marağın yaranmasına müstəsna töhfə verir. “Dünyanın təhsil mənzərəsi” adlı kitabımda yer alacaq bu jurnallar haqqında yazım, düşünürəm ki, oxucular üçün maraq doğuracaq. Bu jurnallar üçün keyfiyyət başlıca amildir. Arzu edirəm ki, elmi araşdırmalar aparan gənclərimiz bu jurnallarda dərc olunmağa nail olsunlar. Haqqında bəhs edəcəyim jurnalların əksəriyyəti Beynəlxalq impakt-faktor və diğər mühüm əhəmiyyətli indekslərə malikdirlər. Bunlara misal olaraq “Глобальный Импакт–фактор (GIF) — 0,45”; “Импакт–фактор (DIIF)— 1,08”; “Импакт–фактор InfoBase Index за 2015 г. — 1,4”; Open Academic Journals In dex (OAJ I) — 0,350”; “Импакт– фактор Journal Citation Reference Report (JCR– Report). — 0,568”; “Universal Impact Factor (UIF) — 0,1502”, SCOPUS, INSPEC, Google Scholar, EBSCO, CSA, ProQuest, Academic OneFile, CSA Environmental Sciences, Current Geographical Publications, ERIH, Gale və s. göstərə bilərəm.
Dünyanın elm və təhsil aləmi üçün əhəmiyyətli olan nəşrlərdən biri “National Geographic” jurnalıdır. Bu jurnal dünyanın elmi-kütləvi nəşrləri arasında liderliyi qoruyub saxlamaqdadır. Dünyanın bir çox ölkələrində çap olunan “National Geographic” 33 dildə oxucularının gəlir. Bu elmi-kütləvi nəşr 1888-ci ildən cap olunmaqdadır. Jurnalda 1905-ci ilə qədər yalnız elmi məqalələr dərc olunub. Bu tarixdən sonra isə onun yaradıcıları fəaliyyət dairələrini genişləndirməyə nail olublar. Şəkillər, illüstrasiyalar jurnalın səhifələrini bəzəməyə başlayıb. “National Geographic” dünyanın ekoloji, bioloji, tibbi, ümumilikdə elmi mənzərəsini öz səhifələrində əks etdirən ən maraqlı fundamental nəşrlərdən biri kimi dəyərləndirilir.
Bəhs edəcəyim növbəti nəşr - “Popular Science” jurnalı dünyanın 45 ölkəsində 30 dildə nəşr ounur. Öz adı ilə bir dünya markasına çevrilən “Popular Science”-nin səhifələrində bir zamanar Çarliz Darvin, Хаксли, Пирс, Кеттел kimi görkəmi alimlərin əsərləri dərc olunub. Bir əsrdən artıq fəaliyyəti dövründə jurnalın həyata keçirdiyi qlobal layihələr onun dünya elmi mətbuat çapındakı yerini müəyyənləşdirib. O, ən yaxşılardan olub. Jurnal hal-hazırda 1 milyon 323 min tirajla nəşr olunur.
Dünyanın ən yaxşı elmi jurnalları sırasında “Popular Mechanics” jurnaılnın da öz yeri var. 1902-ci ildən çap olunan bu jurnal bütün dünyada populyarlıq qazanıb. O, elmi-kütləvi jurnal janrının ən klassik nümayəndələrindən hesab olunur. Jurnalın hazırkı tirajı 1 milyon 200 min nüsxədir. Dünyanın bir sıra ölkələrində, o cümlədən Rusiyada, Cənubi Afrikada çap olunan jurnal dünyanın elmi dairələrinin diqqət mərkəzinədir. Maraqlı cəhət burasıdır ki, sürətlə inkişaf edən internet belə dünya miqyasında tanınan, sevilən, oxunan bu kimi jurnalların populyarığına təsir edə bilmir. Texnologiya elmi-populyar nəşrləri üstələyə bilmir. Əksinə onlar özlərinin aktual mövzuları, ilkin mənbə rolunu oynamaları etibarı ilə texnologiyanın önündə getməyi bacarırlar.
“Discover” jurnalı: elmi və elmi-kütləvi məqalələr arasında “Qızıl orta”
Jurnal, həyat rəngarəngdir, onun hər günü maraqlı kəşflərlə doludur, məqsədimiz bunu sübut etməkdir, devizi ilə çap olunur...
“Discover” jurnalı fəaliyyətinin ilk illərindən yalnız elm dünyasını deyil, geniş oxucu kütləsini özünə auditoriya seçmişdi. Jurnala material təqdim etmək konsepsiyası asan idi. 1980-ci ildə fəaliyyətə başlayan jurnal Uçan Naməlum Obyektlər, Qar adamı kimi sirli yazılardan imtina etdi. Hansı ki, həmin dövrdə bu mövzular olduqca aktual idi. Jurnalın yaradıcıları elmi məqalələrlə elmi-kütləvi məqalələr arasında "Qızıl orta" mövqeyi tutmağı hədəfləyərək buna nail oldular. Jurnal qısa zamanda öz auditoriyasının etibarını qazana bildi. Burda ciddi elmi materiallar çap olunurdu. Bununla yanaşı, müəlliflər oxucunu jurnala cəlb etmək üçün onun maraqları çərçivəsində olan məqalələrlə də onların görüşünə gəlirdi. Jurnalda diqqətçəkən istiqamətlərdən biri də psixologiya və psixiatriyaya aid məqalələr idi. Rubrikalara xüsusi diqqətlə yanaşılırdı. Oxucular arasında sevilən, intizarla gözlənilən məşhur rubrikalar yaradılmışdı. Belə rubrikalardən biri “Şübhəsizdir” (Скептично о) idi ki, burda müəllif elm dünyasının mifləri və saxtakarlıqlarını aşkar etməyə çalışırdı. Bir neçə il ərzində bu rubrika ən çox oxunan səviyyəyə yüksəldi. Bu gün jurnalda “Panorama”, “Nömrənin mövzusu”, “Xüsusi fikir”, “Elm dünyası”, “Psixologiya”, ”Əsrin sirri”, “Ənənələr”, “Dünya xalqları”, “İncəsənət”, “Tarix”, “Sağlamlıq” və s. rubrikalara rast gəlmək mümkündür.
Yeni minillik jurnalın həyatına yeni ab-hava gətirdi. 2006-cı ildə jurnalın rəhbərliyi dəyişdi, dizayn yeniləndi. Amma jurnal öz prinsiplərinə sadiqliyi qoruyub saxladı. Burada həmişə olduğu kimi fundamental elmi məqalələrə də, geniş oxucu kütləsini cəlb edən yazılara da rast gəlmək mümkündür.
Hal-hazırda nəşr olunan jurnal Amerikadan kənarda da yayılır. Onun rus dilində variantını elektron versiyadan oxumaq mümkündür.
“Discover” jurnalının əlavələri elmin, texnikanın, sənayenin müxtəlif sahələrini, cəmiyyət və təbiət problemlərini, tibbi əhatə edən nəşrlərlə oxucuların görüşünə gəlir. Onlar bir sıra qlobal indekslərə, o cümlədən ESCI - Web of Science, Clarivate Analytics indekslərinə malikdirlər. Bu nəşrlərdə dünya xalqlarının adət-ənənələri, mədəni irsi ilə yaxından tanış olmaq mümkündür. Jurnal dünyanın ən yaxşı jurnalistləri, elm adamları, səyahətçiləri ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq jurnalın daha geniş arealda yayılmasına, mövzu dairəsinin genişlənməsinə yol açır.
Dünyanın təhsil sferasını əhatə edən maraqlı beynəlxalq jurnallardan biri də “Teaching and Teacher Education” jurnalıdır. İlk növbədə müəllimlər və təhsil işçiləri üçün nəzərdə tutulan bu jurnal Scopus və WoS, CiteScore: 3.00, Impact Factor: 2.473, Impact Factor: 3.335, Source Normalized Impact per Paper (SNIP): 2.138, SCImago Journal Rank (SJR): 1.501 və s. indeksinə malikdir. Jurnalda pedaqoji proses, pedaqoji təhsil məsələləri, onların perspektivləri beynəlxalq kontestdə təhlil olunur, müəllimlik fəaliyyətinin aspektləri analiz edilir, elmi-pedaqoji, metodiki tövsiyələrə, empirik tədqiqatlara fərqli yanaşmalara, nəzəri və konseptual baxışlara verilir. Düşünürəm ki, belə bir jurnalda bizim müəllimlərimizin də çıxış etmələri çox yaxşı olardı.
Hollandiyada nəşr olunan “Archival Science” jurnalı dünyada arxivşünaslıq üzrə çap olunan azsaylı müstəqil elmi nəşrlərdən biridir. Jurnal dünya üzrə arxiv işinin nəzəri, metodiki, təcrübi aspektlərini əhatə etməklə, geniş şəkildə yayımlanır. Jurnalla tanış olarkən onun arxiv nəzəriyyəsinin bütün aspektlərini, metodiki və təcrübi tərəflərini, müxtəlif mədəniyyətlərin tədqiqini, beynəlxalq fikir və dünyagörüşü mübadiləsini, sənədləşmə məlumatlarının təhlilini əhatə etdiyini görmək mümkündür. Ümumiyyətlə, bu elmi jurnal sənədləşmənin bütün problemlərini əhatə edir. Antropologiya və arxeologiya, informasiya axtarışlarının baza məlumatlarının idarə olunması, insan resurslarının idarə edilməsi mövzuları jurnalın tədqiqat sahələrinə daxildir. Dünyada yayımlanan jurnal SCOPUS, INSPEC, Google Scholar, EBSCO, CSA, ProQuest, Academic OneFile, CSA Environmental Sciences, Current Geographical Publications, ERIH, Gale, Information Science & Technology Abstracts (ISTA), Library, Information Science & Technology Abstracts (LISTA), OCLC, SCImago, Summon by ProQuest indekslərinə malikdir.(Ardı var)

Böyükağa MİKAYILLI


“Dünyanın təhsil mənzərəsi”

“Dünyanın təhsil mənzərəsi”


Oxşar xəbərlər