GDU ilə ADA Universiteti arasında əməkdaşlıq genişlənir

GDU ilə ADA Universiteti arasında əməkdaşlıq genişlənir ADA Universitetinin əməkdaşları ilə Gəncə Dövlət Universitetinin sonuncu kurs tələbələrinin görüşü keçirilib.
Görüşdə iştirak edən ADA Universitetinin Tələbə Qəbulu Şöbəsinin əməkdaşı Tuncay Musazadə, İctimai və beynəlxalq münasibətlər fakültəsinin müəllimi Şəfəq Mehralıyevə hazırda respublikamızın ən yüksək reytinqə malik ali təhsil müəssisəsinin fəaliyyəti, beynəlxalq əlaqələri, uğurları, eləcə də təhsil proqramları, tələbə qaydaları haqqında məlumat veriblər.
Sonra Şəfəq Mehralıyeva “Təhsil məqsədləri üçün sosial mediadan istifadə qaydaları” mövzusunda təqdimatla çıxış edib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Mətbuat Xidməti

Oxşar xəbərlər