Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivinin Qobustan rayonunda konserti keçirilib

Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivinin Qobustan rayonunda konserti keçirilib Sumqayıt Pegional Mədəniyyət idarəsinin Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi İsmayıllı Regional Mədəniyyət idarəsinin Qobustan rayon Təklə kənd uşaq musiqi məktəbinin qonağı olaraq, maraqlı konsert proqramı ilə çıxış edib. Tədbirdən öncə Təklə kənd uşaq musiqi məktəbinin direktoru Gülağa Cəbrayılov və Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin tədris işləri üzrə direktor müavini Nəzakət Vəliyeva, öz çıxışlarında belə tədbirlərin keçirilməsinin, musiqi məktəbləri ilə sıx əməkdaşlıq əlaqələrinin qurulmasının, onların inkişafı, təhsil alan şagirdlərin mənəvi - estetik zövqünün formalaşması üçün böyük əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb.
Sonra Təklə kənd uşaq musiqi məktəbi şagirdlərinin də bir neçə musiqi nömrəsi ilə qatıldığı konsertdə, Xırdalan şəhər 11 illik musiqi məktəbinin nağaraçalanlar ansamblı (rəhbərləri Sarvan Şirinov, Elşən Hüseynov) , xalq çalğı alətləri ansamblı ( rəhbəri Samir Əhmədov) xanəndəlik sinfinin şagirdləri Sabir Ağayev, İlqar Məmmədov, Səknə Qasımova, Rəşad İbrahimov, Hüybət Qayıbalıyevin ifaları alqışlarla qarşılanıb.

Sumqayıt Pegional Mədəniyyət idarəsinin
Mətbuat xidməti

Oxşar xəbərlər