Təcrübədə fəal iştirak edən tələbələrə sertifikatlar verilib

Təcrübədə fəal iştirak edən tələbələrə sertifikatlar verilib Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) informasiya texnologiyaları və idarəetmə fakültəsinin cihazqayırma mühəndisliyi, metrologiya, standartlaşdırma və sertifikasiya ixtisasları üzrə təhsil alan tələbələri ilboyu təcrübədə fəal iştirak etdiklərinə görə mükafatlandırılıblar.
“RZ-İNTER” MMC şirkətinin rəhbəri Rauf Zeynalov bu müəssisədə ilboyu təcrübədə müvəffəqiyyətlə iştirak edən 12 tələbəyə sertifikat və hədiyyələr təqdim edib.

ADNSU-nun Mətbuat Xidmti

Oxşar xəbərlər