
Bilik yarışının final mərhələsi ümummilli lider Heydər Əliyevə həsr olunub. Bu mərhələdə komandalar “Heydər Əliyev və Azərbaycan” mövzusunda sualları cavablandırıblar.
Mərhələnin sonunda 21 nömrəli tam orta məktəbin “Zirvə” komandası 18 xal toplayaraq digər komandalardan üstün olub.
“Gənc istedadlar” breyn-rinq bilik yarışının bütün mərhələləri üzrə komandaların aylıq topladığı xallar hesablanıb və qalib gəlmiş 21 nömrəli tam orta məktəbin “Zirvə” komandasına kubok, bütün iştirakçılara isə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, bilik yarışının təşkil olunmasının əsas məqsədi şagirdlərin istedad və qabiliyyətinin, dünyagörüşünün, intellektual səviyyəsinin, müzakirə, təhliletmə, nitq, özünü təqdimetmə, kollektivi təmsiletmə qabiliyyətinin inkişafı və İKT-dən istifadə bacarıqlarının təkmilləşdirilməsindən ibarətdir.
Tehsil-press.az