ADNSU-da “Azi elektron kitabxana evi” açılıb

ADNSU-da “Azi elektron kitabxana evi” açılıb Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Azi elektron kitabxana evi”nin açılış mərasimi keçirilib.
Mərasimdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti, tədris prosesi, beynəlxalq əlaqələrindən danışıb.
“Azi elektron kitabxana evi” barədə məlumat verən rektor qeyd edib ki, bu kitabxanadan istifadə etmək üçün tələbələrə, eləcə də əməkdaşlara bütün lazımi şərait yaradılıb. Kitabxanaya bir milyon nüsxədən çox müxtəlif adda kitab daxil edilib.
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva ölkəmizdə təhsilin inkişafına xüsusi önəm verildiyini bildirib. ADNSU-da həyata keçirilən layihələrin əhəmiyyətindən bəhs edən nazir müavini “Azi elektron kitabxana evi” nin təhsilə töhfə verəcəyinə əminliyini vurğulayıb.
Milli Məclisin deputatı Aydın Mirzəzadə və digər çıxış edənlər də universitetdə reallaşdırılan layihələrlə bağlı fikirlərini bölüşüb, professor və müəllimləri, tələbələri təbrik ediblər.
Sonra tədbir iştirakçıları “Azi elektron kitabxana evi” ilə yaxından tanış olublar.

ADNSU-nun Mətbuat Xidməti


ADNSU-da “Azi elektron kitabxana evi” açılıbADNSU-da “Azi elektron kitabxana evi” açılıb

Oxşar xəbərlər