Şimşək çaxması səbəbindən 40 ev yanıb

Şimşək çaxması səbəbindən 40 ev yanıb İldırım çaxması nəticəsində başlayan yanğın İspaniyanın Ventallo kəndində (Kataloniya Muxtar Birliyi) 40 evi məhv edib.
Bu barədə "El Periodico" qəzeti xəbər verib.
Məlumata əsasən, ildırım dayanacağa dəyərək yanğına səbəb olub. Yanğın 1.5 min kvadratmetr əraziyə yayılıb. Yanğının söndürülməsinə altı yanğınsöndürmə briqadası cəlb olunub.
Xəsarət alanlar barədə məlumat verilmir.

Tehsil-press.az



Oxşar xəbərlər