Onlar ADPU-nu seçiblər

Onlar ADPU-nu seçiblər Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) 2019-2020-ci tədris ilində qəbul olunmuş tələbələrin qeydiyyatı davam edir. Sevindirici haldır ki, bu il də çoxlu sayda abituriyent qəbul imtahanı zamanı 500 və daha çox bal toplayaraq ADPU-nu seçiblər. Onları sizə təqdim edirik:
1. Şahin Yusif oğlu Rzayev-2002-ci ildə Masallı rayonunun Miyankü kəndində anadan olub. 2008-2019-cu illərdə Nadir Aslanov adına Miyankü kənd tam orta məktəbində təhsil alıb. 2018-2019-cu tədris ilində 585 bal toplayaraq ADPU-nun Riyaziyyat fakültəsinin “Riyaziyyat və informatika müəllimliyi” ixtisasına qəbul olunub.
2. Şəlalə Saleh qızı Eyvazlı-2002-ci ildə Bakı şəhərində anadan olub. 2008-2019-cu illərdə Bakı şəhəri 26 nömrəli tam orta məktəbdə təhsil alıb. 2018-2019-cu tədris ilində 545 bal toplayaraq ADPU-nun İbtidai təhsil fakültəsinin “İbtidai sinif müəllimliyi” ixtisasına qəbul olunub.
3. Aytac Seymur qızı Həsənli-2002-ci ildə Bərdə rayonunun Gərənə kəndində anadan olub. 2008-2019-cu illərdə Hafiz Zeynalov adına Gərənə kənd tam orta məktəbində təhsil alıb. 2018-2019-cu tədris ilində 542 bal toplayaraq ADPU-nun Riyaziyyat fakültəsinin “Riyaziyyat və informatika müəllimliyi” ixtisasına qəbul olunub.
4. Nuranə Eldar qızı Qəribova-2001-ci ildə Sumqayıt şəhərində anadan olub. 2008-2019-cu illərdə Sumqayıt şəhərində 19 nömrəli tam orta məktəbdə təhsil alıb. 2018-2019-cu tədris ilində 539 bal toplayaraq ADPU-nun İbtidai təhsil fakültəsinin “İbtidai sinif müəllimliyi” ixtisasına qəbul olunub.
5. Nərmin Azad qızı Qürbətova-2002-ci ildə Bakı şəhərində anadan olub. 2008-2019-cu illərdə Bakı şəhərinin Yasamal rayonunda 158 nömrəli tam orta məktəbdə təhsil alıb. 2018-2019-cu tədris ilində 531 bal toplayaraq ADPU-nun İbtidai təhsil fakültəsinin “İbtidai sinif müəllimliyi” ixtisasına qəbul olunub.
6. Ziba Həbib qızı Səmidova-2001-ci ildə Sabirabad rayonunun Güdəcühür kəndində anadan olub. 2008-2019-cu illərdə Güdəcühür kənd tam orta məktəbində təhsil alıb. 2018-2019-cu tədris ilində 526 bal toplayaraq ADPU-nun Kimya və biologiya fakültəsinin “Kimya və biologiya müəllimliyi” ixtisasına qəbul olunub.
7. Zeynəb Soltan qızı Həsənzadə-2001-ci ildə Masallı rayonunun Alışanlı kəndində anadan olub. 2008-2019-cu illərdə Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbdə təhsil alıb. 2018-2019-cu tədris ilində
504 bal toplayaraq ADPU-nun Kimya və biologiya fakültəsinin “Kimya və biologiya müəllimliyi” ixtisasına qəbul olunub.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi


Onlar ADPU-nu seçiblərOnlar ADPU-nu seçiblərOnlar ADPU-nu seçiblərOnlar ADPU-nu seçiblərOnlar ADPU-nu seçiblərOnlar ADPU-nu seçiblər


Oxşar xəbərlər