Oktyabrın 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Azərbaycan və Türk dünyası” mövzusunda universitetin tələbələri ilə görüş keçirilib. Görüşdə ADPU-nun rəhbərliyi, Millət vəkili, AMEA-nın professoru Qənirə Paşayeva, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Samir Abbasov, Yazıçı, tədqiqatçı, Xalqlararası Antik Dünya Elmi Akademiyasının doktoru, professor Babaxan Şərif, “Kitab dünyası” qəzetinin baş redaktoru, şair-publisist, tərcüməçi, Xasiyyət Rüstəm, Türkoloq, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru, Şöhrət Salamov, Azərbaycanda ATATÜRK Mərkəzinin şöbə müdiri, şair-publisist, Əkbər Qoşalı, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova, Azərbaycan Mədəniyyət Nazirliyinin təsisçisi olduğu "Mədəniyyət.az" jurnalının baş redaktoru Zöhrə Əliyeva və universitetin professor-müəllim və tələbə heyəti iştirak edib.
Görüşdə əvvəlcə qonaqlar Heydər Əliyev Muzeyi ilə tanış olublar.
Görüşü giriş sözü il açan rektor Cəfər Cəfərov qonaqları salamlayıb və onları rəhbərlik etdiyi ali təhsil müəssisəsində görməkdən məmnunluq duyduğunu bildirib. Rektor qeyd edib ki, bu gün biz Azərbaycana dost və qardaş Özbəkistan Respublikasının mədəniyyətinə, tarixinə daha yaxın olmaq şansı əldə etmişik. Türk dünyasının mühüm tərkib hissələrindən biri olan Özbəkistan dünya mədəniyyəti xəzinəsinə mühüm töhfələr verir.
Millət vəkili, AMEA-nın professoru Qənirə Paşayeva çıxış edərək bu müqəddəs ali təhsil müəssisəsində olmaqdan məmnunluq duyduğunu bildirib və müəllimlik peşəsinin müqəddəs bir peşə olduğunu vurğulayıb. Ölkəmizin daha da inkişaf etməsi üçün gənclər savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olmalıdırlar. Hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir insan öz ölkəsinin və millətinin tarixini dərindən bilməlidir. Qənirə Paşayeva Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələrin tarixi köklərindən, bu istiqamətdə böyük işlər görmüş böyük şəxsiyyətlərimiz barədə geniş danışıb. Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan-Özbəkistan əlaqələrinin qədim tarixi, ölkəmizin iqtisadi və turizm potensialı ilə bağlı məlumat verib.
Tədbirdə çıxış edən Yazıçı, tədqiqatçı, Xalqlararası Antik Dünya Elmi Akademiyasının doktoru, professor Babaxan Şərif tədbir iştirakçılarına öz təşəkkürünü bildirib. Babaxan Şərif öz düşüncələrini paylaşaraq, ədəbi əlaqələrimiz haqqında danışıb, hər iki xalqın şairlərinin, yazıçılarının bir-birindən faydalandığını, ilham aldığını söyləyib. Çıxışının sonunda “Özbək-Azərbaycan” lüğətini rektor Cəfər Cəfərova təqdim edib.
Daha sonra “Kitab dünyası” qəzetinin baş redaktoru, şair-publisist, tərcüməçi, Xasiyyət Rüstəm, Türkoloq, AMEA-nın A.A.Bakıxanov adına Tarix
İnstitutunun fəxri doktoru, Şöhrət Salamov, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Samir Abbasov, Azərbaycanda ATATÜRK Mərkəzinin şöbə müdiri, şair-publisist, Əkbər Qoşalı, Azərbaycan Mədəniyyət Nazirliyinin təsisçisi olduğu "Mədəniyyət.az" jurnalının baş redaktoru Zöhrə Əliyeva və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova çıxış edərək söyləyiblər ki, fəaliyyətimiz türk ölkələri arasındakı qardaşlıq bağlarını sevgi bağlarına çevirməkdir. Bütün səylər türk dünyası arasındakı münasibətlərin inkişaf etdirilməsinə istiqamətlənib. Özbəkistan Respublikasının tarixinə, ədəbiyyatına, böyük və qədim mədəniyyətinə ehtiram olduğunu vurğulayıblar.
Qeyd edək ki, tədbirin sonunda qonaqlara Özbəkistan-Azərbaycan qardaşlıq və dostluq bağlarının güclənməsi sahəsində xidmətlərinə görə plaketlər təqdim edilib.
ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi