AzMİU “Milano Design” film festivalına ev sahibliyi edəcək

AzMİU “Milano Design” film festivalına ev sahibliyi edəcək İtaliya Respublikasının ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) oktyabrın 30-dan noyabrın 1-dək “Milano Design” film festivalı keçiriləcək.
“Milano Design” film festivalı memar, dizaynerlərdən ibarət peşəkarlarla dialoq qurmaq üçün innovativ və effektiv bacarıq və məzmun keyfiyyəti ilə xarakterizə olunan informasiya platforması, görüş yeri, eksperiment və bacarıqları təkmilləşdirmək üçün bir yerdir. Festivalın keçirilməsində məqsəd italyan mədəniyyətini və həyat tərzini, interyer, şəhər, moda və memarlıq dizaynı da daxil olmaqla İtaliyada kəşf edilib reallaşdırılan sənaye dizaynının bütün formalarını özündə əks etdirən filmləri festivala ev sahibliyi edən ölkənin peşəkarları ilə paylaşmaqdır.
Qeyd edək ki, illik tədbir oktyabr ayında Milan şəhərində keçirilir, lakin bu il festival ilk dəfə Bakıda, İtaliyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə AzMİU-da keçirilir.

Tehsil-press.az

Oxşar xəbərlər