
Sənəddə təcrübə və imkanlardan qarşılıqlı faydalanma, elmi-praktik əlaqələrin qurulması, texnologiya transferinin həyata keçirilməsi, kadr hazırlığı və s. məsələlər oz əksini tapır.
Bununla da Azərbaycan Texnologiya Universitetinin Müştəriyə Yönəlmə Proqramı (MYP) çərçivəsində əməkdaşlıq etdiyi müəssisələrin sayı 33-ə çatıb.
Zəyəm Texnologiyalar Parkı ASC Şəmkirdə yerləşir. Layihələndirmə işlərini həyata keçirən zavodda təzyiq altında tutumlar, qaldırıcı qurğular, istilik qazanları, yeraltı və yerüstü çənlər, müxtəlif növ kənd təsərrüfatı texnikası, müasir tipli istixana kompleksləri və bina-körpülərin ağır metal konstruksiyaları istehsal edilir. Müəssisə Avropa və Asiya istehsalı ən son texnoloji avadanlıqlarla təchiz olunub.
UTECA-nın Mətbuat Xidməti


