Azərbaycan Texniki Universitetində mentorluq xidməti yaradılıb

Azərbaycan Texniki Universitetində mentorluq xidməti yaradılıb Azərbaycan Texniki Universitetində (AzTU) ilk dəfə mentorluq xidməti təsis edilib. Bununla əlaqədar universitetin elmi şurası qərar qəbul edib.
Mentor tələbələrin məzun olana qədər fəaliyyətlərinə dəstək verəcək. Həmçinin tələbələrə akademik məsləhətlər, karyera planlaşmasında tövsiyələr verəcək, onların tədris və sosial problemlərinin həllinə kömək göstərəcək.

AzTU-nun Mətbuat Xidməti


Oxşar xəbərlər