Sabirabad rayon Mədəniyyət Mərkəzinin məktəblər üçün hazırladıqı Yeni il şənliyi

Sabirabad rayon Mədəniyyət Mərkəzinin məktəblər üçün hazırladıqı Yeni il şənliyi Sabirabad rayon Mədəniyyət Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə tədbir keçirilmişdir. Tədbirdə məktəbəqədər təlim-tərbiyə müəssisələrinin və rayon ümumtəhsil məktəblərinin şagirdləri və valideynlər iştirak etmişlər. Rəngarəng musiqi çələngi ilə çıxış edən Sabirabad rayon Mədəniyyət Mərkəzinin Q.Quliyev adına Xalq Çalğı Alətləri Ansamblının ifaçıları Zoya Mamedova, Daşqın Laçın, Şamil Ağayevin ifasında səsləndirilən musiqilər, mərkəzin nəzdində fəaliyyət göstərən bədii özfəaliyyət dərnəyinin hazırladığı rəqslər, şən klounların uşaqları əyləndirən çıxışları tədbiri daha da maraqlı edib. Kollektiv işçilərinə bayram münasibətilə hədiyyələr təqdim edilib.

Tehsil-press.az


Oxşar xəbərlər