Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirilən silsilə tədbirlər davam edib

Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirilən silsilə tədbirlər davam edib Sumqayıt şəhər Bülbül adına uşaq incəsənət məktəbində keçirilən tədbirdə əvvəlcə Dünya Azərbaycanlıların Həmrəylik Gününun qeyd olunması və yaranma tarixi barədə tədbir iştirakçılarına məlumat verilib. Sonra şagirdlərin ifasında dünya və Azərbaycan bəstəkarlarının əsərləri səslənib. Tədbrdə I sinif şagirdi Ayan İbrahimovanın (Müəllim: Məmmədov Əfras ) ifasında Ə.Tağıyev “Bülbül” , III sinif şagirdi Azər Əliyevin (Müəllim: Balamiyev Faiq) ifasında F.Əmirov “Bulaq başında”, VI sinif şagirdi Həmidə Süleymanovanın (Müəllim: Abdullayeva Tamella) ifasında Ə.Mustafazadənin “Əbədi”, Nağaraçalanlar ansamblının (Rəhbəri Nəcəfova Minarə) ifasında “Azərbaycan ritmləri”, Uşaq xorunun (xormeyster: Xəlilova Firəngiz) ifasında S.Kərimi “Uşaqların himni” və T.Ağayeva “Fərqliyəm”, məktəbin müəllimi Ruslan Tağıyevin ifasında H.Vəkilovun “Şıdrığı” əsərləri tədbir iştirakçıları tərəfindən maraqla dinlənilib.
S.Rüstəmov adına 3№li uşaq incəsənət məktəbində keçirilən tədbirdə məktəbin kiçik xorunun ifasında O.Zülfüqarovun “Yolka” mahnısı (dirijor:Yeganə Rəhimova), fortepianoda II sinif şagirdi Selcan Nağızadənin ifasında “Rəqs”, tarda IV sinif şagirdi Şərif Hacıyevin ifasında “Dostluq mahnısı”, şagirdlərdən ibarət “Uğur” xalq çalğı alətlərinin müşayiəti ilə Rövşanə Əliyeva, Namiq Nuruşov və Nigar Kiçikbəyovanın ifasında “Arazbarı“ ritmik muğamı, IV sinif şagirdi Elvin Qulamovun ifasında E.Sabitoğlunun “Bəlkə”, kiçik siniflərdən ibarət skripkaçalanlar ansamblının ifasında “Popuri”, sazda II sinif şagirdi Aysun Ələsgərovanın ifasında “Gözəlləmə”, klarnetdə V sinif şagirdi Əsgər İsayevin ifasında L.Oberin “Presto”,balabanda III sinif şagirdi Həmid Həmidzadənin ifasında F.Əmirovun “Rəqs”, fortepianoda III sinif şagirdi Seyran Haşımzadənin ifasında S.Bortkeviçin “Etüd”, Nuray Məmmədova və Məryəm Cəfərovanın ifasında Pyazollanın "Zibertanqo", qarmonçalanlar ansamblının ifasında P.Bülbüloğlunun “Şən Azərbaycan” və sairə nömrələr səslənib. Məktəbin “Cəsur şahinlər” rəqs qrupu (rəhbəri Vüqar Cəfərov ) “Dənizçilər rəqsi“ ilə konserti yekunlaşdırıb.mSonda məktəbin direktoru Əziz Əzizov bütün iştirakçıları və müəllimləri bayramlar münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.
Şəhər Mədəniyyət evində keçirilən bayram tədbirində Dünya Azərbaycanlıların Həmrəylik Günü haqqında geniş məlumat verilib, videoçarx nümayiş olunub, "Cırtdan və tənbəl" səhnəciyi göstərilib. Tədbirə qatılan bayram atributları Şaxta baba və qar qız, eləcə də nağıl qəhrəmanları: Küpəgirən qarı, qırmızıpapaq, tıq-tıq xanım, məstan, dovşan şənliyi daha da rövnəqləndiriblər. Sonra uşaqlar şeir söyləyib, mahnı oxuyub, rəqs edib, müxtəlif əyləncəli oyunlar keçiriblər. Qaliblərə Şaxta baba tərəfindən hədiyyələr təqdim olunub.
S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsi məktəbəqədər tərbiyə müəssisələri ilə birgə keçirdiyi bayram şənliyində. uşaq şöbəsinin oxucuıarı və balaca fidanlar yeni ilə həsr olunmuş şeir söyləyiblər. Nağıllardan barət səhnəciklər göstəriblər. Şaxta baba və Qar qızın gəlişi ilə bayram şənliyi daha da canlanıb. Uşaqlar bayram atributlarl ilə şən musiqi sədaları aıtında rəqs ediblər.
Şuşa şəhər Bülbülcan adına UMM-də keçirilən konsertdə məktəbin müəllim və şagird kollektivi konsert proqramı ilə çıxış edib. Konsertdə xalq və bəstəkar mahnıları ifa olunub, muğamlar, instrumental musiqilər dinlənilib. Sonda məktəbin direktoru Raqif Məhərrəmov tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik edib.

Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti

Oxşar xəbərlər