
Yeni il ərəfəsində keçirilən tamaşaya bayram personajlari Şaxta baba və Qar qız da qoşulublar.
Uşaqların asudə vaxtının səmərəli təşkili və onların dünyagörüşünün zənginləşməsi məqsədilə keçirilən tamaşada nağıl qəhrəmanları: qırmızı papaq, nənə, dovşan, tülkü ayı, canavar, eyni zamanda Şaxta baba və Qar qız uşaqlarla maraqlı söhbət edib, əyləncəli vaxt keçiriblər.
Qeyd edək ki, Tetarın ideya müəllifi Ayişə Səfərli, bədii rəhbəri Ramilə Sadıqova, səs rejissoru Emil Murad, rəssamı Günel Hüseynovadır.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti
Mətbuat xidməti