Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbində “Balaca virtuoz” adlı I etüd müsabiqəsi keçirilib

Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbində “Balaca virtuoz” adlı I etüd müsabiqəsi keçirilib Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbində “Balaca virtuoz” adlı I etüd müsabiqəsi keçirilib.
Məktəbin fortepiano ixtisası üzrə müəllimi Arzu Manafovanın təşəbbüsü ilə təşkil olunan məktəbdaxili müsabiqə fortepiano şöbəsində təhsil alan şagirdlərin arasında keçirilib. Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin texniki cəhətdən ifaçılıq bacarıqlarını üzə çıxarmaq və inkişaf etdirməkdir.
Qeyd edək ki, hər bir musiqi məktəbində, hətta region üzrə də ayrı-ayrı ixtisaslar üzrə keçirilməsi məqsədəuyğun hesab edilən belə daxili müsabiqələr gələcəkdə şagirdlərin daha geniş miqyaslı müsabiqələrə hazırlıqlarına və güclü rəqabətin yaranmasına təkan verməklə yanaşı məktəblərin də işində ciddi dönüş yaranmasına səbəb ola bilər.

Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti

Oxşar xəbərlər