Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin şagirdləri Beynəlxalq müsabiqənin qalibi olublar

Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin şagirdləri Beynəlxalq müsabiqənin qalibi olublar Sumqayıt Regional Mədəniyyət idarəsinin Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin şagirdləri Türkiyədəki “Kaspi ART” sanat ve sanatsal eğitim hizmetleri Tic.LTD.ŞTİ-nin təşkilaçılığı ilə online şəkildə müxtəlif nominasiyalar üzrə keçirilən “Caspi Art İnternet Musik&Danse Turkey” beynəlxalq müsabiqəsinə qatılıblar.
Müsabiqənin nəticələrinə görə Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin şagirdləri – Nuray Mehdiyeva, Nuranə Salmanova - III sinif - fortepiano-müşayiət – I dərəcəli diplom (müəllim İradə Məmmədova), Bagir Babayev - VIII sinif – tar solo II dərəcəli diplom (müəllim Mübariz Paşayev), Aysu Yəhyayeva - I sinif - violin solo- (müəllim Esmira Mədətova) diploma layiq görülərək müsabiqənin laureatı adını qazanıblar.

Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti

Oxşar xəbərlər