Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbində regionlararası dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələri çərçivəsində konsert keçirilmişdir

Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbində regionlararası dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələri çərçivəsində konsert keçirilmişdir Sumqayıt Regional Mədəniyyət idarəsinin Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbində Lənkəran şəhər C.Cabbarlı adına 1 nömrəli uşaq musiqi məktəbinin kollektivi maraqlı konsert proqramı ilə çıxış edib.
Regionlararası dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələri çərçivəsində təşkil olunmuş konsertdən öncə hər iki məktəbin direktoru Camal Həsənov və əməkdar müəllim İkram Manafov öz çıxışlarında belə əlaqələrin qurulmasının və belə tədbirlərin keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayıblar.
Tədbirdə qonaq məktəbin xor kollektivinin, fortepiano, xanəndəlik sinfi şagirdlərinin, skripka, kamança, qanun, nağara, qarmonçalanlar ansambllarının ifaları alqışlarla qarşılanıb.
Sonda xatirə hədiyyələri təqdim edilib.

Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti


Oxşar xəbərlər