Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin növbəti uğuru

Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin növbəti uğuru Sumqayıt regional Mədəniyyət idarəsinin Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin fortepiano ixtisası üzrə IV sinif şagirdi 10 yaşlı Nuray Mehdiyeva (müəllim Arzu Manafova) 21-24 noyabr 2018-ci il tarixində Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “TEMUR AKHOBADZADE Young pianists 1-st İnternational Competition” Beynəlxalq müsabiqənin qalibi olub.
3 yaş qrupu üzrə keçirilən müsabiqənin I yaş qrupunda çıxış edən Nuray Mehdiyevanın ifası (ifa etdiyi əsərlər: 1) Qara Qarayev “Fikirli” , 2) J.İber “Balaca dəcəl” , 3) U.Gillok “Aylı gecə” , 4) A.Pieszonka “Tarantella” ) Rusiya, Amerika, İsrail, Litva və Gürcüstandan olan münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək, II dərəcəli diplom, pul mükafatı və müsabiqənin laureatı adına layiq görülüb.
Xatırladaq ki, Nuray Mehdiyeva azyaşlı olmasına baxmayaraq, artıq bir neçə respublika və beynəlxalq müsabiqələr laureatıdır.
Uğurların bol olsun, Nuray !

Sumqayıt regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti


Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin növbəti uğuru

Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin növbəti uğuru

Oxşar xəbərlər