Videokonfrans: Tarix fənninin tədrisində informatika və kommunikasiya texnologiyalarından istifadənin rolu

Videokonfrans: Tarix fənninin tədrisində informatika və kommunikasiya texnologiyalarından istifadənin rolu Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix-coğrafiya fakültəsinin Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının təşəbbüsü ilə “Azərbaycanda və dünyada pandemiya şəraitində tarix fənninin tədrisi prosesində informatika və kommunikasiya texnologiyalarından istifadənin rolu” mövzusunda beynəlxalq elmi videokonfrans keçirilib.
Videokonfransa universitetin rektoru, professor Cəfər Cəfərov, həmçinin yerli və Türkiyə, Rusiya ali təhsil müəssisələrinin nümayəndələri qatılıblar.
Videokonfransda xüsusi texnologiyalardan və tədris vasitələrindən istifadə, distant tədrisdə beynəlxalq təcrübə, distant tədrisin üstünlüyü və s. mövzular müzakirə olunub.
Konfransa qoşulan Rusiyanın Kazan Federal Universitetinin nümayəndələri ADPU ilə pedaqoji və elmi əməkdaşlığın vacibliyini vurğulayaraq müvafiq təklif və layihələrini ilkin olaraq təqdim ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər