Azərbaycan Universiteti 2020/2021-ci tədris ili üçün magistratura səviyyəsinə qəbul elan edir

Azərbaycan Universiteti 2020/2021-ci tədris ili üçün  magistratura səviyyəsinə qəbul elan edir Azərbaycan Universitetinin magistratura səviyyəsinə tələbə qəbulu bakalavrların müvafiq tədris ilində qəbul imtahanında əldə etdikləri nəticələrə əsasən Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən müsabiqə yolu ilə həyata keçirilir. Magistratura səviyyəsi üzrə MBA istisna olmaqla bütün ixtisaslaşmalara Dövlət siafrişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) qəbul aparılır.
060201 Filologiya
Ədəbiyyatşünaslıq (Amerika ədəbiyyatı)
Ədəbiyyatşünaslıq (ingilis ədəbiyyatı)
Azərbaycan dili
Azərbaycan ədəbiyyatı
Dilşünaslıq (ingilis dili)
060203 Tərcümə
Tərcümə (ingilis dili)
060206 Tarix
Azərbaycanın qədim və orta əsrlər tarixi
Azərbaycanın yeni və ən yeni tarixi
060403 Maliyyə
Bank işi
Vergi və vergiqoyma
060404 İqtisadiyyat
İqtisadiyyatın hüquqi tənzimlənməsi
Turizmin iqtisadiyyatı
060509 Kompüter elmləri
İqtisadi fəaliyyətin riyazi və informasiya təminatı
060631 Kompüter mühəndisliyi
Kompüter mühəndisliyi
060805 Sosial iş
Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş
Gənclərlə iş
060409 MBA proqramı
Biznesin təşkili və idarə edilməsi (maliyyə sahəsi üzrə)
Biznesin təşkili və idarə edilməsi (marketinq üzrə)
Biznesin təşkili və idarə edilməsi (vergi üzrə)
Biznesin təşkili və idarə edilməsi (mühasibat uçotu üzrə)
Bakalavrların nəzərinə çatdırırıq ki,
Azərbaycan Universitetinin magistratura pilləsinə tələbə qəbulu Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aparılır.
Bütün ixtisaslaşmalarda təhsilalma forması əyanidir.
MBA istisna olmaqla bütün ixtisaslaşmalara Dövlət sifarişi əsasında (Dövlət büdcəsinin vəsaiti hesabına) qəbul aparılır.
Ödənişli əsaslarla qəbul olan tələbələr də II semestrdən başlayaraq Dövlət büdcəsinin vəsaiti hesabına təqaüd alırlar. Təqaüdlərin məbləği 80, 120, 145 manat olmaqla tələbənin akademik göstəricilərindən asılıdır və hər semestrin sonunda yenidən dəyərləndirilir.
Ödənişli əsaslarla qəbul olanların illik təhsil ödənişi 2000 manatdır.
Azərbaycan Universiteti “Erasmus+”, “Mevlana”, DAAD kimi beynəlxalq mübadilə proqramlarının üzvüdür. “Erasmus+” proqramı tələbələrə Türkiyə və Avropanın qabaqcıl universitetlərində, DAAD proqramı Almaniya universitetlərində qısa müddətli təhsil imkanı qazandırır. “Mevlana” proqramı isə Türkiyə universitetləri ilə akademik mübadiləyə şərait yaradır.
Azərbaycan Universiteti magistratura səviyyəsi üzrə Ukraynanın Xarkov Milli Radioelektronika Universiteti ilə ikili diplom proqramı təqdim edir. Proqram kompüter elmləri və kompüter mühəndisliyi ixtisaslarını əhatə edir.
Azərbaycan Universitetinin bakalavriat pilləsindən bu il məzun olanlara təhsil müddəti ərzində təhsil haqqına 10 faiz güzəşt tətbiq olunacaq.
Magistratura səviyyəsinə qəbul planı, keçid balları, qəbul şərtləri, tələbə dəstək layihələri, təhsil haqqından azad olunan tələbələr haqqında daha ətraflı məlumatı keçidə daxil olmaqla əldə etmək mümkündür.
http://au.edu.az/az/material/1005/azerbaycan-universiteti-magistratura-seviyyesine-qebul-elan-edir-2020

Tehsil-press.az



Oxşar xəbərlər