Azərbaycan Texniki Universitetində onlayn yay məktəbi davam edir

Azərbaycan Texniki Universitetində onlayn yay məktəbi davam edir Azərbaycan Texniki Universitetində (AzTU) onlayn yay semestri davam edir.
Yay məktəbi akademik borcu qalan tələbələrin müraciətlərini nəzərə alaraq fənlər üzrə könüllülük prinsipi və ödənişli əsaslarla təşkil olunur. 2019-2020-ci tədris ili üzrə AzTU-da təhsil alan 617 tələbə yay məktəbinə müraciət edib. Dərslər 6 həftə müddətində onlayn formada davam edəcək. İmtahan sessiyası isə yay semestrinin sonuncu həftəsində - avqustun 31-dən sentyabrın 4-dək keçiriləcək.
Qeyd edək ki, yay semestrində tələbənin götürdüyü fənlərin krediti 10-dan çox olmamalıdır.

Tehsil-press.az

Oxşar xəbərlər