Cümə günü Çinin Çjuxay şəhərində (Quandun əyaləti) yerləşən hotelin yaxınlığında güclü partlayış olub. İnsident yerli vaxtla saat 09:00 radələrində (Bakı vaxtı ilə 05:00-da) baş verib. Hadisə yerinə yanğınsöndürənlər gəlib, axtarış-xilasetmə işləri aparılır. Çox sayda yaralının olduğu bildirilir.