Tramp tərəfdarları 10-dan çox ştatda ona dəstək aksiyası keçirib

Tramp tərəfdarları 10-dan çox ştatda ona dəstək aksiyası keçirib ABŞ-ın hazırkı Prezidenti Donald Trampın tərəfdarları 10-dan çox ştatda ona dəstək aksiyası keçiriblər.
Nümayişlər Arizona, Vaşiqnton, Viskonsin, Havay, Corciya, Kaliforniya, Kanzas, Kolorado, Nevada, Nyu-Meksiko, Ohayo, Oklahoma, Oreqon, Cənubi Karolina və Yuta ştatlarında baş tutub.
Manifestantlar Trampın 2020-ci ilin noyabrında keçirilmiş prezident seçkilərinin qalibi kimi tanınmasını tələb edirdilər. Aksiyalar əsasən dinc idi, yalnız bir neçə nəfər saxlanılıb.
Trampın prezidentlik müddəti yanvarın 20-də başa çatır, elə həmin gün demokrat Cozef Baydenin andiçmə mərasimi keçiriləcək.

Tehsil-press.az




Oxşar xəbərlər