İraq məhkəməsi Trampın həbsinə order verib

İraq məhkəməsi Trampın həbsinə order verib İraqda Bağdad məhkəməsi ABŞ-ın hazırkı prezidenti Donald Trampın həbsinə order verib.
D.Tramp “Həşd-əş-Şəbi” qruplaşmasının rəhbərinin müavini Əbu Mehdi əl-Mühəndisin ölümündə ittiham olunur.
ABŞ prezidenti barəsində İraq Cinayət Məcəlləsinin 406-cı maddəsi ilə irəli sürülüb ki, bu maddə də ölüm hökmünü nəzərdə tutur.
Qeyd edək ki, Əbu Mehdi əl-Mühəndis 2020-ci il yanvarın 3-də Bağdad hava limanı yaxınlığında ABŞ təyyarələrinin zərbəsi nəticəsində həlak olmuşdu. Həmin hadisə zamanı iranlı general Qasım Süleymani də öldürülmüşdü.

Tehsil-press.az




Oxşar xəbərlər