Memarlıq və İnşaat Universiteti: Bugünkü imtahanlarda 2181 tələbə iştirak edəcək

Memarlıq və İnşaat Universiteti: Bugünkü imtahanlarda 2181 tələbə iştirak edəcək Azərbaycan Memarlıq və İnşaat Universitetində 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb.
Koronavirus (COVID-19) infeksiyasının yaratdığı mövcud vəziyyətə əsasən sessiya onlayn rejimdə test və yazılı üsulla keçirilir. İmtahanlara universitetin gənc admistrativ heyəti arasından seçilmiş, İKT Mərkəzində xüsusi təlim keçmiş 80-ə yaxın proktor nəzarət edir.
Bugünkü imtahanlarda ümumilikdə 94 qrup üzrə 2181 tələbə iştirak edəcək. Sonuncu qrupların imtahanı isə 16:00-da başlayacaq.
Fevralın 15-dək davam edəcək imtahan sessiyasında şəffaflığın təşkil olunması məqsədilə bütün texniki tədbirlər yüksək səviyyədə həyata keçirilib.

Tehsil-press.az


Oxşar xəbərlər