UNEC-də “Horizon” proqramı ilə bağlı vebinarlar

UNEC-də “Horizon” proqramı ilə bağlı vebinarlar Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq əməkdaşlıq departamentinin layihələrin idarəolunması şöbəsinin koordinatorluğu ilə UNEC-in pedaqoji heyətinə Avropa İttifaqının “Horizon” proqramı üzrə maarifləndirici vebinarlar keçirilib.
Vebinarlarda Avropa İttifaqının “Horizon” proqramı çərçivəsində maliyyələşdirilən COST (Elm və Texnologiyada Avropa Əməkdaşlığı) təşkilatının Azərbaycan üzrə milli əlaqələndiricisi İlham Hümbətov maliyyələşdirmə imkanları, tərəfdaşlarla əlaqələrin qurulması, tədbirlərdə və konfranslarda iştirak etmək, yay və qış məktəbləri mövzularında çıxış edib.
“Horizon” çərçivəsində Maria Sklodovska-Küri proqramı üzrə milli əlaqələndirici Zaur Həsənov isə proqramın istiqamətləri, maliyyələşdirmə və tədqiqatçıların Avropada təlim, mobillik və karyera inkişafı istiqamətləri haqqında geniş məlumat verib.
Vebinarlarda UNEC-in 50-dək müəllimi iştirak edib.

Tehsil-press.az



Oxşar xəbərlər