Şəhidlik zirvəsi qəhrəmanlıq salnaməsidir

Şəhidlik zirvəsi qəhrəmanlıq salnaməsidir 129 nömrəli məktəbin şəhid məzunu Ceyhun Səfərovun anım günü ilə bağlı Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrlərinə əsasən şəhidin adı verilmiş 2ç sinfində tədbir keçirilib.
Məqsəd təlim-tərbiyə prosesində hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində şagirdlərdə Vətənə, xalqa məhəbbət hisslərini aşılamaq, Vətən müharibəsində şəhid olmuş qəhrəman oğulların xatirəsini yad etmək və yaddaşlarda həkk olunması məqsədilə maarifləndirmə işini gücləndirməkdir.
Tədbirdə sinif müəllimi Ramilə Məcidova şagirdlərə şəhid Ceyhun Səfərovun döyüş yolundan bəhs edib, onun həyatı haqqında videoçarx nümayiş olunub. Şagirdlər Vətən, qəhrəmanlıq haqqında şeirlər söyləyib, kompozisiya təqdim ediblər.
Anım tədbirində şəhidin valideynləri də iştirak ediblər. Şəhidin anası Solmaz Səfərova övladına və şəhidlərin xatirəsinə göstərilən yüksək ehtirama görə məktəb rəhbərliyinə, müəllim və şagirdlərə təşəkkürünü bildirib. Oğlunun adını daşıdığı sinfin şagirdlərinə təhsildə və təlimdə həmişə nümunəvi olmağı arzulayıb. Sonda şagirdlər məktəbin həyətindəki şəhidlər abidəsinin qarşısına gül dəstələri qoyublar.

Tehsil-press.az

Oxşar xəbərlər