“Üçüncü doza ehtiyac yarana bilər”

“Üçüncü doza ehtiyac yarana bilər” “Pfizer” dərman şirkəti koronavirus vaksinasiyasından keçən şəxslərin ən geci 12 ay içərisində üçüncü doz peyvəndə ehtiyac duyacaqlarını açıqlayıb.
Şirkətin CEO-su Albert Bourla CNBC televiziyasına açıqlamasında bu barədə danışıb.
“Ehtimal olunan ssenariyə görə, altı ilə 12 ay arasında üçüncü doza ehtiyac duyulacaq və insanların hər il yenidən vaksinasiyadan keçməsi zəruriliyi yaranacaq. Yeni virus növlərinin görülməsi bu qərarı almaqda vacib rol oynayacaq”, - o qeyd edib.
“Pfizer”in məlumatlarının iki mindən çox vaksinasiyadan keçmiş şəxsə əsaslandığı, ancaq qorumanın altı ay sonra davam edib-etmədiyini müəyyənləşdirmək üçün daha çox məlumata ehtiyac olduğu vurğulanıb.

Tehsil-press.az



Oxşar xəbərlər