Hamiliyə götürülən tələbələr üçün seminar

Hamiliyə götürülən tələbələr üçün seminar Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanasında Naxçıvan Dövlət Universitetinin hamiliyə götürülən Fizika ixtisası tələbələrinin iştirakı ilə “Astronomik müşahidələrin təşkili” mövzusunda elmi-praktiki seminar keçirilib.
Rəsədxananın direktoru, dosent Qulu Həziyev tələbələrlə aparılan ardıcıl işlərdən, gənclərdə elmə marağın yaradılması istiqamətində keçirilən tədbirlərdən danışıb.
Qulu Həziyev “Astronomik müşahidələrin tarixi və müasir aspektləri”, Rəsədxana əməkdaşlarından Ruslan Məmmədov “Tədris müəssisələrində sadə astronomik müşahidələrin təşkili və aparılması”, Türkan Məmmədova isə “Müasir optik teleskoplar” mövzusunda məruzə ediblər.
Məruzələrdə astronomik müşahidələrin ən qədim dövrlərdən günümüzədək keçdiyi inkişaf yolu, müşahidələr zamanı istifadə olunan cihazlar haqqında məlumatlar xronoloji ardıcıllıqla tələbələrin diqqətinə çatdırılıb. Seminarda astronomiya sahəsində tətbiq olunan ən son elmi yeniliklərdən, müasir optik teleskopların işləmə prinsiplərindən bəhs olunub.
Seminarın sonunda tələbələrlə diskussiya aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər