Azərbaycanlı alim BMT-nin mükfatına layiq görülüb

Azərbaycanlı alim BMT-nin mükfatına layiq görülüb Azərbaycanlı alim BMT-nin mükfatına layiq görülüb və həm də o, Türk dünyası Beynəlxalq Araşdırmalar Elmlər Akademiyasına üzv seçilib.
Azərbaycan Dövlət Dəniz Akademiyasının İnformasiya resurs Mərkəzinin müdiri riyaziyyat üzrə elmlər doktoru, dəniz naviqasiyası kafedrasının dosenti Rövşən Zülfüqar oğlu Hümbətəliyev Türk Dünyası Araşdırmaları İlimlər Akademisi Akademik üyesi seçilib. (Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademik üzvü seçilib). Akademiyanın rəhbəri Prof. Dr. Hasan Ahmet və baş katibi Prof. Dr. Tuncay Paltanın 30 mart 2021-ci il tarixində Ankara şəhərində imzaladıqları qərara əsasən (A/ü -158) Rövşən Zülfüqar oğlu Hümbətəliyev müvafiq diplomla və elmin tərəqqisində göstərdiyi xidmətlərə görə həmin Akademiyanın “Qızıl Ulduz” medalı ilə təltif olunub. Qeyd edək ki, Rövşən müəllim bundan əvvəl elmi fəaliyyəti ilə əlaqədar olaraq 2015-ci ildə Beynəlxalq Pedaqoji Elmlər Akademiyasına müxbir-üzv, 2016-cı ildə Nyu York Elmlər Akademiyasına, Beynəlxalq Təbiətşünaslıq Akademiyasına, Avropa Təbiətşünaslıq Akademiyasının Şotlandiya və İngiltərə bölmələrinə, 2017-ci ildə Rusiya Təhsilin İnformatizasiyalaçdırılması Akademiyasına, 2019-cu ildə Rusiya Təbiətşünaslıq Akademiyasına, Rusiya Dağ Elmləri Akademiyasına və 2020-ci ildə isə Avropa Təbiət Elmləri Akademiyasına həqiqi üzv seçilmişdir. Onun nailiyyətləri arasında Lomonosov, Uşinski, Avropada keyfiyyət, Nyuton, Leybinis, tədrisdə novatorluğa görə qızıl medallar, A.Velikiy və Y.Velikaya ordenləri və Rusiya Təbiətşünüslıq Akademiyasının Avropa Elm Mərkəzi ilə birgə təsis etdiyi Əməkdar Elm və Texnika xadimi fəxri adı var.
Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası 26 ildən çoxdur ki, uğurla fəaliyyət göstərir və qarşıya qoyduğu məqsədlərin əldə olunmasına öz töhfəsini verir. Akademiyanın məqsədlərindən əsası Türk dilli ölkələrin müxtəlif sahələrdə çalışan tanınmış alimlərinin mədəniyyət, elm, tarix, təhsil, ədəbiyyat, dil və digər istiqamətlərdə əldə etdikləri önəmli nəticələri üzə çıxarıb onları dəyərləndirmək, türk dünyasında tanıtmaq və onlar arasında işbirliyi qurulmasına yardım etməkdir.
Rövşən Hümbətəliyev bundan sonar daha iki beynəlxalq mükafata layiq görülmüşdür.iki beynəlxalq mükafata layiq görülüb. O, 2021-ci ilin may ayının 14-də dünya elm və təhsil sahəsində xidmətlərinə görə BMT-nin İctimai Mükafatlar üzrə Şurasının (UNCOPA) Beynəlxalq Mükafatlar Komitəsinin “Elm və sülhməramlı” səfiri adına layiq görülmüş və Rusiya Federasiyasının həmin təşkilat tərəfindən akreditə olunmuş "Şərəf və vicdan" ordeni ilə təltif edilib. Qeyd edək ki, İctimai Mükafatlar Şurası (UNCOPA) İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərən və dünya miqyaslı alimləri müxtəlif nailiyyətlərinə görə dəyərləndirən qurumdur.

Tehsil-press.az



Oxşar xəbərlər