Azərbaycanda maska istehsalı 3 dəfə azalıb

Azərbaycanda maska istehsalı 3 dəfə azalıb “Sərt karantin vaxtı gün ərzində 150 min tibbi maska istehsal edirdiksə, indi bir gündə 50 min maska istehsal olunur”.
Sumqayıt Kimya-Sənaye Parkında yerləşən fabrik ötən ilin dekabr ayında Rusiya və Almaniyaya tibbi maskaların ixracına başlamağı planlaşdırsa da, belə təşəbbüs baş tutmayıb:
“Karantin qaydalarının yumşalması və açıq havada maska məcburiyyətinin götürülməsi səbəbilə maskaya tələbat aşağı enib. Belə ki, sərt karantin vaxtı gün ərzində 150 min maska istehsal edirdiksə, indi isə 50 min maska istehsal olunur. Bu, onu göstərir ki, ölkə üzrə maskaya tələbat azalıb.
Eyni zamanda, çox təəssüf ki, xaricə maska ixracını düşünsək də, bu, hələ baş tutmayıb. Ölkəmizdən xaricə maska ixrac olunmur”.
Xatırladaq ki, Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi 2020-ci il aprel ayının 6-da istifadəyə verilib. Müəssisədə 30-dan çox yeni iş yeri yaradılıb. İstehsal prosesi üç növbəlidir. Tibbi maskaların istehsalı müəssisəsində İSO 17050-1 standartlarına uyğun xammaldan tibbi maska istifadə edilir. Maskalar xüsusi avadanlıqla əlavə sterilizasiya olunur.

Tehsil-press.az



Oxşar xəbərlər