ABŞ-da sel fəlakəti - 22 nəfər ölüb, 50-si itkin düşüb

ABŞ-da sel fəlakəti - 22 nəfər ölüb, 50-si itkin düşüb ABŞ-ın Tenessi ştatında şiddətli yağışların səbəb olduğu seldə itkin düşənlərin sayı 50-ni ötüb.
Həftəsonu baş verən fəlakətdə azı 22 nəfər həyatını itirib.
Bildirilib ki, gözləniləndən üç dəfə çox yağan yağışın yaratdığı sel yolları, telefon və elektrik xətlərini sıradan çıxarıb.
Təcili yardım əməkdaşları hər evi tək-tək gəzərək, zərərçəkənlərə kömək etməyə çalışırlar.
Seldə ölənlərdən ikisi yeddi aylıq əkiz uşaqlar olub.

Tehsil-press.az

Oxşar xəbərlər