ABŞ Əfqanıstandan tamamilə çəkildi

ABŞ Əfqanıstandan tamamilə çəkildi ABŞ qüvvələrinin Əfqanıstandan çəkilmə prosesi tamamlanıb.
Bunu ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının rəhbəri Kennet Makkenzi keçirdiyi brifinqdə deyib.
“ABŞ vətəndaşlarını və müdafiəsiz əfqanları təxliyyə etmək üçün hərbi missiyanın sonunda Əfqanıstandan çəkilməyimizin tamamlandığını elan etmək üçün buradayam.
Son C-17 təyyarəsi ABŞ Şərq qurşağı saatı ilə 15:29-da Kabil aeroportundan havaya qalxdı və ölkədə qalan son insan daşıyan təyyarələr Əfqanıstan üzərindəki hava məkanından çəkilir”, - o bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər