Permdə atışma törədən tələbə əməliyyat olundu

Permdə atışma törədən tələbə əməliyyat olundu Rusiyanın Perm Universitetində atışma törədən və saxlanılarkən yaralanan I kurs tələbəsi Timur Bekmansurov əməliyyat olunub.
Bu barədə Rusiyanın teleqram kanalları məlumat yayıb. Bildirilir ki, hazırda o, reanimasiya şöbəsindədir, vəziyyəti ağır olaraq qalır.
Qeyd edək ki, Bekmansurov hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərərkən qolundan, qarnından və sinəsindən güllə yarası alıb.

Tehsil-press.az



Oxşar xəbərlər