
Rusiya Beynəlxalq Araşdırmalar Assosiasiyasının (RBAA) XIII Konventi çərçivəsində “Davamlı İnkişaf və ESG-transformasiya: çağırışlar və biznes imkanları” mövzusunda sessiya keçirilib. Sessiyada MDBMİ DİM ilə bir sıra elm və təhsil müəssisələri arasında elmi tədqiqatlar və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə edilib, o cümlədən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı ilə görüş olub. Görüşdə əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə olunub. Sessiyanın işinin yekunlarına əsasən, MDBMİ DİM-in Davamlı İnkişaf və ESG-transformasiya Mərkəzi ilə Azərbaycanın “Caspian Hydrogen Development Group LLC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
Rusiya Beynəlxalq Araşdırmalar Assosiasiyasının XIII Konventi oktyabrın 14-16-da MDBMİ-də keçirilib. Konvent çərçivəsində bir sıra iri beynəlxalq konfrans, 70-dən çox diskussiya sessiyası, çoxtərəfli və ikitərəfli dialoq məkanlarının, tərəfdaş elm və təhsil müəssisələrinin xüsusi tədbirləri təşkil edilib. Konventdə müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan olan 2000-ə yaxın alim, ekspert, dövlət hakimiyyətinin və korporativ sektorun nümayəndələri iştirak ediblər.
“Davamlı İnkişaf və ESG-transformasiya: çağırışlar və biznes imkanları” sessiyasının moderatorları qismində MDBMİ-nin Davamlı İnkişaf və ESG-transformasiya Mərkəzinin direktoru, təbiətdən istifadə və ekologiya beynəlxalq kompleks problemlər kafedrasının müdiri, Azərbaycanın RF-dəki ticarət nümayəndəsi Ruslan Əliyev və “Biznes Nyus Media” səhmdar cəmiyyətinin direktorlar şurasının sədri və səhmdarı (“Vedomosti” işgüzar qəzetinin naşiri) İvan Yeryomin çıxış ediblər.
Tehsil-press.az