ADNSU: “Açıq mikrofon”da qış imtahan sessiyasına hazırlıq haqqında məlumat verilib

ADNSU: “Açıq mikrofon”da qış imtahan sessiyasına hazırlıq haqqında məlumat verilib Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Açıq mikrofon” keçirilib. Tələbə və müəllimlərin iştirak etdiyi tədbir, həmçinin feysbuk üzərindən canlı yayımlanıb və yüzlərlə tələbə tədbirə onlayn qoşulub.
“Açıq mikrofon”da ADNSU-nun rektoru professor Mustafa Babanlı çıxış edərək müəllim və tələbələrə universitetdə təhsil və tədris, qış imtahan sessiyasına hazırlıq, ikili və daha çox diplom proqramları, akkreditasiya olunacaq ixtisaslar haqqında məlumat verib, əldə olunmuş uğurlar, qarşıdakı hədəflərdən danışıb. Təhsil Tələbə Kreditindən söz açan rektor bu istiqamətdə işlərin yekunlaşma ərəfəsində olduğunu deyib və bu sistemin tələbələr üçün əhəmiyyətli olduğunu bildirib.
Müəllim və tələbələrin sağlamlığının önəmindən bəhs edən M.Babanlı universitetdə pandemiya ilə bağlı qabaqlayıcı tədbirlər görüldüyünü söyləyib.
Universitetin İctimaiyyətlə Əlaqələr və marketinq departamentinin direktoru Bəhruz Nəzərov dekabrın 23-də onlayn formatda keçiriləcək XI Məzun-Karyera Sərgisi haqqında məlumat verib.
Sonra tələbələrin sualları cavablandırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər