Çinin Qancu vilayətinin Təhsil İdarəsi ADNSU ilə əlaqələrin inkişafında maraqlıdır

Çinin Qancu vilayətinin Təhsil İdarəsi ADNSU ilə əlaqələrin inkişafında maraqlıdır Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Çin Xalq Respublikasının Qancu vilayətinin Təhsil İdarəsinin direktoru xanım Vanq Haiyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə professor M.Babanlı universitetin fəaliyyəti haqqında ətraflı məlumat verib. ADNSU-da tədris prosesi, fakültələr, əcnəbi tələbələrlə iş, beynəlxalq əməkdaşlıq əlaqələri, tələbə mübadiləsi, eləcə də ikili diplom proqramlarından danışan rektor təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Çinə səfəri çərçivəsində Qancu vilayətində olduğunu deyən M.Babanlı oradakı təhsili yüksək dəyərləndirib.
Qancu vilayətinin Təhsil İdarəsinin direktoru V.Haiyan tələbə mübadiləsini dəstəklədiyini və gələcək əlaqələrin inkişafında maraqlı olduqlarını deyib.

Tehsil-press.az

Oxşar xəbərlər