
Sübhan Namazov, həmçinin Qazi Universitetinin rektoru professor Musa Yıldız, universitetin prorektorları, dekanları, bölmə rəhbərləri ilə işgüzar görüşlər keçirib. Görüşlər zamanı AzTU-nun qalib olduğu ”AzTU-da prioritet mühəndislik ixtisasları üzrə professor-müəllim heyətinin akademik mobilliyinin səmərəli təşkili ilə elmi potensialın gücləndirilməsi və yüksəkixtisaslı kadr hazırlığının təmin olunması mexanizminin yaradılması” layihəsi barədə məlumat verilib. Layihə çərçivəsində AzTU-nun bir qrup müəlliminin təlim keçməsi üçün Ankaraya ezam olunması, həmçinin Qazi Universitetinin professorlarının AzTU-ya dəvət olunması ilə bağlı razılıq əldə edilib.
Tehsil-press.az