Texniki Universitetin professor-müəllim heyəti “Erasmus+” proqramı barədə məlumatlandırılıb

Texniki Universitetin professor-müəllim heyəti “Erasmus+” proqramı barədə məlumatlandırılıb Azərbaycan Texniki Universitetinin (AzTU) prorektorları, dekanları, kafedra müdirləri, müvafiq struktur bölmələrinin rəhbərləri və professor-müəllim heyətinin iştirakı ilə “Erasmus+” proqramı çərçivəsində ali təhsildə potensialın gücləndirilməsi profili üzrə onlayn məlumatlandırma sessiyası keçirilib.
Sessiyada beynəlxalq əlaqələr üzrə prorektor Sübhan Namazov “Erasmus+” proqramının əhəmiyyəti və ali təhsil müəssisələri üçün faydaları barədə məlumat verib.
Xarici əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah proqramın ümumi istiqamətləri, həmçinin “Erasmus+ KA1” (ali təhsildə mobillik) və “Erasmus+ KA2” (ali təhsildə potensialın gücləndirilməsi) haqqında geniş təqdimatla çıxış edib.
Daha sonra professor-müəllim heyətinin sualları cavablandırılıb, onlara yeni layihə təklifinin yazılması üzrə müvafiq dəstəyin göstərilməsi üçün davamlı tədbirlərin keçiriləcəyi bildirilib.

Tehsil-press.az


Oxşar xəbərlər