Texniki Universitetin bir qrup müəllimi təlim keçmək üçün Ankaraya ezam olunacaq

Texniki Universitetin bir qrup müəllimi təlim keçmək üçün Ankaraya ezam olunacaq Azərbaycan Texniki Universitetinin (AzTU) qalib olduğu “AzTU-da prioritet mühəndislik ixtisasları üzrə professor-müəllim heyətinin akademik mobilliyinin səmərəli təşkili ilə elmi potensialın gücləndirilməsi və yüksəkixtisaslı kadr hazırlığının təmin olunması mexanizminin yaradılması” layihəsi çərçivəsində bir qrup müəllim təlim keçmək üçün Ankaraya ezam olunacaq.
Layihə çərçivəsində, həmçinin Qazi Universitetinin professorları da AzTU-ya dəvət olunacaqlar.
Qeyd edək ki, layihə mobillik yolu ilə professor-müəllim heyətinin elmi potensialını artırmağı nəzərdə tutur.

Tehsil-press.az


Oxşar xəbərlər