Təhsil Nazirliyinin “Təhsil” televiziyası yeni layihəyə başlayır

Təhsil Nazirliyinin “Təhsil” televiziyası yeni layihəyə başlayır Təhsil Nazirliyinin “Təhsil” televiziyası yeni layihəyə start verib.
“Təhsil podkastı” adlanan proqramın ilk buraxılışı 2 Fevral - Azərbaycan Gəncləri Günündə yayımlanıb.
“Təhsil podkastı”nın ilk buraxılışında ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun tələbəsi Abutalıb Namazovla maraqlı söhbət aparılıb. Abutalıb Namazov dəfələrlə respublika və beynəlxalq olimpiadaların qalibi olub.
Qeyd edək ki, proqramda elm və təhsil sahəsində tanınmış maraqlı şəxslərlə müxtəlif mövzularda podkastları izləyə bilərsiniz.
Proqram Təhsil Nazirliyinin rəsmi feysbuk və yutub kanalları üzərindən yayımlanacaq.

Tehsil-press.az

Oxşar xəbərlər