Əyalət Mülki Müdafiə rəsmiləri Resife şəhərində torpaq sürüşməsi nəticəsində 20 vətəndaşın həyatını itirdiyini açıqlasa da, qubernatorluq təbii fəlakətdə ümumi itkilərin 33-ə yüksəldiyini bildirib.
Daşqınlara səbəb olan yağışlar nəticəsində ştatda ən azı min nəfərin evlərini tərk etmək məcburiyyətində qaldığı, 14 məktəbdən isə sığınacaq kimi istifadə edildiyi bildirilib.
Xilasetmə işlərində 3000-dən çox bələdiyyə işçisi iştirak edir.
Tehsil-press.az