İstanbul Universiteti Kitabxanasının əməkdaşları MEK-də olublar

İstanbul Universiteti Kitabxanasının əməkdaşları MEK-də olublar İstanbul Universiteti Kitabxanasının direktoru Sonay Tahmaz Kaleci, əməkdaşları Gülsüm Akalan və Gülcan Çakır AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) olublar.
Görüşdə icraçı direktor dosent Şəhla Tahirqızı qonaqlara kitabxananın çoxşaxəli fəaliyyəti haqqında ətraflı məlumat verib. Beynəlxalq əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü qonaqları kitabxananın Sərgi salonu, Akademiklər zalında yerləşən müxtəlif ölkələrin nümayəndəlikləri tərəfindən hədiyyə edilən nəşrlərin mühafizə edildiyi Diplomatik fond, AMEA-nın yaradılmasında əməyi keçən 15 akademikin büstlərinin yer aldığı qalereya, həmçinin Qarabağ müharibəsi qəhrəmanları fondu ilə yaxından tanış edib.
Mərkəzi Elmi Kitabxananın mübadilə fondundan qonaqlara Azərbaycan şairi, mütəfəkkir və filosofu Məhəmməd Füzulinin nəfis tərtibli III cildlik əsərləri hədiyyə edilib.
İstanbul Universiteti Kitabxanasının əməkdaşları MEK ilə tanışlıqdan məmnunluqlarını bildirib, gələcəkdə əməkdaşlıq əlaqələrinin qurulmasını təqdirəlayiq hesab ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər