BAAU bakalavriat səviyyəsi üzrə tələbə qəbulu elan edir

BAAU bakalavriat səviyyəsi üzrə tələbə qəbulu elan edir Bakı Avrasiya Universiteti (BAAU) 2022/2023-ci tədris ili üçün bakalavriat səviyyəsi üzrə aşağıdakı istiqamətlər üzrə tələbə qəbulu elan edir:
I qrup:
İnformasiya texnologiyaları
II qrup:
Maliyyə
Dövlət və bələdiyyə idarəetməsi
Biznesin idarə edilməsi
İqtisadiyyat
Mühasibat
Marketinq
Turizim işinin təşkili
III qrup:
Filologiya (Azərbaycan dili və ədəbiyyatı)
Filologiya (Türk dili və ədəbiyyatı)
Filologiya (İngilis dili və ədəbiyyatı)
Tərcümə (ingilis dili)
Tərcümə (alman dili)
Tərcümə (fransız dili)
Tərcümə (ərəb dili)
Sosial iş
Regionşünaslıq (ABŞ və Kanada)
Regionşünaslıq (Avropa ölkələri)
Regionşünaslıq (Yaxın və Orta şərq)
Beynəlxalq münasibətlər
Qeyd edək ki, BAAU-nu seçənlər üçün xüsusi imkanlar yaradılır. Belə ki, müsabiqənin ilk mərhələsində Universiteti seçən 500 bal və daha yuxarı bal toplayan tələbələrin I kurs üçün təhsil haqqı ödənişindən azad edilməsi, 400-499 bal toplayan tələbələrə I kurs üçün illik təhsil haqqından 30% məbləğində təhsil haqqı güzəşti(müsabiqənin ilk mərhələsində), bir ailənin iki və daha çox övladı Universitetə qəbul olunduqda qəbul olanların hər birinə 200(iki yüz) manat həcmində təhsil haqqı güzəşti (bu imtiyaz qəbul olanların Universitetdə əyani vaxtda təhsil aldıqları növbəti tədris illərinə də şamil olunur), tədris ilini tam əla qiymətlərlə başa vuran və təhsildə qazandığı xüsusi nailiyyətlərinə görə fərqlənən tələbələrə təhsil haqqı güzəşti, dövlət təqaüdlərini (adi, həvəsləndirici və əlaçı) və Universitetin adlı təqaüdlərini qazanmaq imkanı təmin edilir.
Ətraflı məlumat üçün əlaqə vasitələri:
Ünvan: Həsən Əliyev, 135A, Bakı, Nərimanov, AZ1073
Tel: (+994 12) 564-42-72, (+994 12) 564-63-67

Tehsil-press.az




Oxşar xəbərlər