2022-ci ilin ən gənc abituriyenti ADPU-nu seçib

2022-ci ilin ən gənc abituriyenti ADPU-nu seçib Bu il Azərbaycanda tələbə adını qazanan ən gənc abituriyentin 15 yaşı var.
Tələbə 2007-ci il martın 17-də anadan olan Əsmər Abbas qızı Məmmədovadır. Ə.Məmmədova Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tarix və coğrafiya müəllimliyi ixtisasına qəbul olunub.
O, 2022-2023-cü tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edərək 472 bal toplayıb. Dörd yaşında I sinfə gedən Ə.Məmmədova əvvəlcə Gədəbəy şəhər 1 nömrəli orta məktəbdə oxuyub, 2022-ci ildə isə Gədəbəy şəhər 2 nömrəli orta məktəbi bitirib.

Tehsil-press.az


Oxşar xəbərlər