BDU-nun dissertantı ABŞ-ın Massaçusets Universitetində Fulbrayt Fakültə İnkişaf Proqramında iştirak edir

BDU-nun dissertantı ABŞ-ın Massaçusets Universitetində Fulbrayt Fakültə İnkişaf Proqramında iştirak edir Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Pedaqogika kafedrasının Təhsilin təşkili və planlaşdırılması ixtisası üzrə dövlət sifarişli fəlsəfə doktoru proqramının dissertantı Günay Ağamalıyeva ABŞ-ın Massaçusets Universitetində ali məktəb müəllimlərinin professional inkişafı üçün nəzərdə tutulmuş Fulbrayt Fakültə İnkişaf Proqramında iştirak edir.
Proqramın məqsədi iştirakçıları ABŞ-da tədris proqramının inkişafına dair ən yaxşı təcrübə və nəzəri yanaşmalarla tanış etmək, habelə onlara akademik və tədqiqat mənbələrinə ümumi baxış daxil olmaqla bir kurikulumun necə inkişaf etdirilməsi barədə konkret strategiyalar göstərməkdir.
G.Ağamalıyeva Fulbrayt Fakültə İnkişaf Proqramının ən gənc iştirakçısıdır.

Tehsil-press.az


Oxşar xəbərlər