
Tədbirdə sözləri böyük şairə, musiqisi Üzeyir Hacıbəyliyə məxsus olan “Çırpınırdi Qara dəniz” mahnısı səsləndirilib.
Liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Afət Abuşova Əhməd Cavad yaradıcılığından danışıb. Vurğulanıb ki, Əhməd Cavad Vətəninə, bütövlükdə türk dünyasına bağlı əsl mücahid olub. Türkçülüyə sevgisinə görə Vətən sevdalı şair 1937-ci ildə totalitar sovet rejiminin amansız repressiyasının qurbanı olub. Əhməd Cavad fəaliyyəti ilə dövlətçiliyimizin, ədəbiyyatımızın tarixi yaddaşına əbədi yazılıb.
Ədibin qohumu, Azərbaycan Yazıçılar Birliyinin üzvü Rəfiqə Abbasova görkəmli şairin ictimai-siyasi fəaliyyətindən söz açıb. O, Əhməd Cavadın Azərbaycanın müstəqilliyi, dövlət quruculuğu yolundakı fəaliyyətinin bütün nəsillər üçün hər zaman örnək olduğunu deyib.
Liseyin direktoru Arif Bağırov, şair-publisist Nəcibə İlkin gənc nəslin Əhməd Cavad yaradıcılığını öyrənməsinin əhəmiyyətini vurğulayıblar.
Sonra liseyinin şagirdlərinin ifasında Əhməd Cavad yaradıcılığına həsr edilən ədəbi-bədii kompozisiya nümayiş olunub.
Tehsil-press.az