
Şərqşünaslıq fakültəsinin III kurs tələbəsi Eltac Abbasov, İnformasiya və sənəd menecmenti fakültəsinin III kurs tələbəsi Nilufər Qəhrəmanova bədii qiraət üzrə, BDU-nun Qazax filialının Pedaqoji fakültəsinin tələbəsi Bəsti Alıcanova xalq mahnısı ifaçılığı üzrə I, qızlardan və oğlanlardan ibarət rəqs kollektivi milli rəqs üzrə II, xor kollektivi isə III yerə layiq görülüb. Qaliblər diplom və hədiyyələrlə təltif olunublar.
Bundan əlavə, universitetin bir qrup tələbəsi müsabiqə-festivalda fəal iştirakına görə diplomlarla təltif edilib.
BDU-nun Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev festival-müsabiqədə qalib olan tələbələri təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Tehsil-press.az