Azərbaycanda itkin düşən alimlər tapıldı

Azərbaycanda itkin düşən alimlər tapıldı Azərbaycanda iki gənc alim itkin düşüb.
Elnur Nəciyev və Emil Cəbrayılov Quba-İsmayılı istiqamətində yoxa çıxıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan saytımıza bildirilib ki, qeyd olunan şəxslərlə bağlı polisə müraciət edilib, barələrində axtarışa elan olunub və tapılmaları istiqamətində tədbirlər görülür.
***
Nazirliyinin "112" qaynar telefon xəttinə İsmayıllı rayonu istiqamətində dağlıq ərazidə iki vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal köməksiz vəziyyətdə qalan şəxslərlə rabitə əlaqəsi yaradılıb və koordinatları müəyyən edilərək aidiyyəti üzrə ötürülüb.
Hazırda vətəndaşlar Elnur Nəciyevin və Emil Cəbrayılovun aidiyyəti qurumlarla koordinasiyalı şəkildə təxliyə edilməsi istiqamətində işlər aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər